Ölkə
"Space" TV-də yeni təyinat -
FOTO
Space TV-də baş prodüser vəzifəsinə yeni təyinat olub.
Metbuat.az-ın məlumatına görə, bu vəzifəyə "Kac Group Media"nın təsisçisi və direktoru Amiran Babayev gətirilib.
O, uzun illər müxtəlif layihələrdə çalışıb, bir çox məşhur film və serialın prodüserliyini edib.
Qeyd edək ki, Amiran Babayev 2021-ci ildə “Peşəkar Prodüser” mükafatına layiq görülüb. O, Azərbaycan Kinematoqrafçılar İttifaqının və Azərbaycan Prodüserlər Gildiyasının üzvüdür.
Sevinc İbrahimzadə / Metbuat.az