Ölkə
Saat 10:00-da qaz kəsiləcək -
Bu ərazilərdə
Hövsan qəsəbəsində qaz xətlərinin yerinin dəyişdirilməsi məqsədilə bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Metbuat.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, təmir işləri aparılan müddətdə Hövsan qəsəbəsi, O.Şabanov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.