Ölkə

Saat 10:00-da işıq kəsiləcək -

Bu ərazilərdə

Metbuat.az

Bu gün Biləsuvar rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Metbuat.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.

Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 35 kV-luq "Səmədabad" hava xəttində təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 11:00-dək Nərimankənd və Səmədabad qəsəbələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.