Ölkə
Polkovnik Mirtənzil Seyidəliyev vəfat etdi -
FOTO
Daxili Qoşunların Hərbi Hospitalına uzun müddət rəhbərlik etmiş tibb xidməti polkovniki Mirtənzil Seyidəliyev vəfat edib.
Metbuat.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.
Qeyd edək ki, mərhum 1951-ci ildə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olub.
O, 1992-ci ilin mart ayından 1994-cü ilin sentyabr ayına kimi DİN Daxili Qoşunların Baş İdarəsinin Hərbi Hospitalınin ilk rəisi, 1994-cü ilin oktyabr ayından 1999-cu ilin dekabr ayına kimi Daxili Qoşunların Baş İdarəsinin Binəqədi rayonunda yerləşən hərbi hissəsinin tibb xidməti rəisi və tibb şöbəsinin baş zabiti vəzifəsində xidmət edib. M.Seyidəliyev 2000-2006-cı illərdə Ədiliyə Nazirliyinin Mərkəzi Xəstəxanasında Narkologiya şöbəsinin rəisi olub.