Ölkə

Kamran Sədullayev vəzifəsindən azad olundu

Metbuat.az

Qusar Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.

Metbuat.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Sahir Məmmədxanov əmrlər imzalayıb.

Məlumata görə, RİH-in aparıcı məsləhətçisi - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kamran Sədullayev vəzifəsindən azad olunub.

O, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı vəzifəsinə təyin edilib.