Hadisə
İki nəfər dəm qazından boğulub öldü
Samuxda iki nəfər dəm qazından boğularaq ölüb.
Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, rayon sakinləri - 1957-ci il təvəllüdlü Tanrıverdi Musayev və 1957-ci il təvəllüdlü həyat yoldaşı Maya Musayeva yaşadıqları evin hamamında dəm qazından zəhərlənərək ölüblər.
Faktla bağlı araşdırma aparılır.