Ölkə

Gələn aydan 16 manat ödəyəcəklər

Metbuat.az

Xəbər verdiyimiz kimi, “Tibbi sığorta haqqında” Qanuna dəyişiklik olunub.

Metbuat.az-ın məlumatına görə, dəyişikliyə əsasən, 2026-cı il yanvarın 1-dən etibarən uşaqlar, əlilliyi olan şəxslər və pensiyaçılar istisna olmaqla, heç bir yerdə işləməyən və sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər icbari tibbi sığorta xidmətlərindən istifadə üçün aylıq minimum əməkhaqqının 4 faizi həcmində, yəni 16 manat məbləğində ödəniş edəcəklər.

Qeyd edək ki, müvafiq qanun Milli Məclis tərəfindən qəbul olunub və Prezident İlham Əliyev tərəfindən təsdiqlənib.

Sevinc İbrahimzadə / Metbuat.az