Dünya

Ərdoğanı hədələyən jurnalist azadlığa çıxdı

Metbuat.az

Türkiyənin məşhur jurnalisti Fatih Altaylı həbsxanadan buraxılıb. Bu barədə İstanbul məhkəməsi qərar qəbul edib.

Metbuat.az xəbər verir ki, Fatih Altaylı hakimiyyət əleyhinə çıxışları ilə tanınır. O, 6 ay əvvəl yutub kanalında Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanı sərt tənqid etmişdi. Jurnalist bununla da kifayətlənməyərək dövlət başçısını təhdid etmişdi. Bundan sonra onunla bağlı hüquqi araşdırma başladılmışdı. Jurnalist məhkəmənin qərarı ilə 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Türkiyə mediası Altaylının vaxtından əvvəl azadlığa çıxmasını prezident Ərdoğanın jesti kimi qiymətləndirib.