Ölkə

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artdı

Metbuat.az

Bu ilin yanvar-oktyabr aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 7 milyard 295,6 milyon manat olub.

Metbuat.az xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsi məlumat yayıb.

Bildirilib ki, bu, 2024-cü ilin ilk 10 ayı ilə müqayisədə real ifadədə 10,6 % çoxdur.

Hüquqi şəxslər tərəfindən əhaliyə 5 milyard 569,5 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 90 %-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 13,2 % artaraq 2 milyard 239,3 milyon manat olub.