Ölkə

Bu yollarda tıxac var -

SİYAHI

Metbuat.az

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətində;

2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

3. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində;

4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;

5. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

6. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

7. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

10. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.