Dünya
Bu ölkədə güclü zəlzələ oldu
Rusiyanın Kamçatka yarımadasında 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Zəlzələnin mənbə nöqtəsi isə 26,5 kilometr dərinlikdə formalaşıb.
Hazırda dağıntılar və zərərçəkənlərlə bağlı heç bir məlumat yoxdur.