Ölkə

Bu gün işıq kəsiləcək -

Bu ərazilərdə

Metbuat.az

Bu gün Biləsuvar və Lənkəran rayonlarının bəzi ərazilərinin elektrik enerjisi təchizatında fasilə yaranacaq.

Metbuat.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.

Dekabrın 30-da Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq yarımstansiyada 20 mVA gücündə transformatorda təmir işi aparılacaq.

Bununla əlaqədar saat 12:00-dan 13:00-dək rayonun bir sıra yaşayış məntəqələri və şəhər ərazisinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Həmçinin Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Lənkəran-2" yarımstansiyasından çıxan 10 kV-luq 4 saylı şəhər hava xəttində təmir işləri həyata keçiriləcək. Bu səbəbdən, saat 12:30-dan 14:30-dək şəhər ərazisində Müzəffər Nəsirli, Şəkər Aslan, Vidadi, Şahin Məmmədov, Səməd Vurğun, Şirəli Axundov küçələrində elektrik enerjisinin verilişi dayandırılacaq.

Təmir işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilişi bərpa ediləcək.