Ölkə

Bakı metrosunda qatarda texniki nasazlıq qeydə alındı

Metbuat.az

Ötən gün saat 22:58-də qatarın idarəetmə panelində texniki nasazlıq qeydə alınıb.

Bu barədə Metbuat.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Qeyd olunub ki, "28 May" stansiyasında sərnişinlər düşürülüb və qatar "Nizami" stansiyasından texniki baxış üçün "Nərimanov" elektrik deposuna göndərilib.