Dünya

Türkiyədə zəlzələ oldu

Metbuat.az

Türkiyənin Egey dənizi sahillərində 4 bal gücündə zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Bildirilib ki, yeraltı təkan Çanaqqala sahillərində yerli vaxtla 21:29 (Bakı vaxtı ilə 22:29), yerin 8,33 km dərinliyində qeydə alınıb.

Dağıntı və ya tələfat barədə hər hansı məlumat verilməyib.