Ölkə

Saat 11:00-da qaz kəsiləcək -

Bu ərazilərdə

Metbuat.az

Sumqayıt şəhərində 700 abonentin qaz təchizatında fasilə yaranacaq.

Metbuat.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Balans qovşaqlarının mövcud şəbəkəyə qoşulması ilə əlaqədar bu gün şəhərin Çerkassi küçəsində saat 11:00-dan etibarən 700 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.