Ölkə

Saat 11:00-da qaz kəsiləcək -

Bu ərazilərdə

Metbuat.az

Sumqayıt şəhərində 1000 abonentin qaz təchizatı dayandırılacaq.

Metbuat.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Sumqayıt şəhərinin 2-ci mikrorayon ərazisində yerləşən 3 və 5 nömrəli məktəblərin qaz xəttinin şəbəkəyə qoşulması ilə bağlı bu gün saat 11:00-dan etibarən ərazidəki 1000 abonentin qaz təchizatında müvəqqəti fasilə olacaq.

Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.