Ölkə
Qurbanovdan "Bu şəhərdə"nin parodiyasına reaksiya
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Bu şəhərdə"nin konsertində parodiya olunmasına reaksiya verib.
Metbuat.az xəbər verir ki, 53 yaşlı mütəxəssis bu barədə Premyer Liqanın XII turunda səfərdə "Sumqayıt"ı 4:2 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfansında danışıb.
"Kiminsə işinə qarışmaq istəmirəm. Belə şeylərə çox baxmıram. Onlara uğurlar arzu edirəm", - deyə Qurbanov bildirib.
Qeyd edək ki, "Bu şəhərdə" yumoristik təşkilatı Qurban Qurbanovu parodiya etdiyi üçün tənqid olunurdu.