Dünya

​İstanbul prosesini yenidən aktivləşdirmək faydalı olar -

Ərdoğan

Metbuat.az

İstanbul prosesini daha əhatəli yanaşma ilə yenidən aktivləşdirmək faydalı olar.

Metbuat.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə açıqlama verib. Ankarada ukraynalı həmkarı Volodomir Zelenski ilə görüşdən sonra təşkil olunan mətbuat konfransında o bildirib ki, bölgədə vəziyyəti sabitləşdirmək üçün bütün tərəfdaşlar İstanbul prosesinə konstruktiv yanaşma nümayiş etdirməlidir. Ərdoğan sözlərinə görə, Zelenksi ilə görüşdə İstanbul prosesinin praqmatik və nəticəyə yönəlmiş yanaşma ilə davam etdirilməsinin vacibliyini vurğulanıb.