Ölkə

Bu prospektdə hərəkət birtərəfli təşkil edildi

Metbuat.az

Parlament prospekti ilə İzzət Nəbiyev küçəsi arasındakı yolda nəqliyyat vasitələrinin üz-üzə hərəkəti zamanı avtomobillər bir-birinə mane olaraq hərəkəti iflic edirdi.

Metbuat.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, problemin həlli kimi birtərəfli hərəkətin təşkil edilməsi məqsədəuyğun hesab olunub.