Bakıda güclü yanğın -
DİN məlumat yaydı
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın binanın şaxtasında olan kommunikasiya xətlərindən başlayıb.
Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Ehtiram Xəlilov məlumat verib.
Onun sözlərinə görə, bina sakinləri təxliyə edilib:
"Hadisə nəticəsində ciddi xəsarət alan olmasa da, sakinlərin bəziləri tüstüdən zəhərlənib".
***
21:02
Paytaxtın Yasamal rayonu ərazisində yerləşən çoxmərtəbəli binaların birində baş vermiş yanğınla əlaqədar Mirəli Seyidov küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərkəti yol polisi əməkdaşları tərəfindən qısamüddətli məhdudlaşdırılıb.
Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Məlumatda sürücülərdən qeyd edilənləri nəzərə almaları xahiş edilir.
***
20:34
Paytaxtın Yasamal rayonu ərazisində yerləşən çoxmərtəbəli binaların birində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Metbuat.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik, təxliyyə və digər zəruri tədbirlər görülür.