Dünya

Qonşu ölkədə zəlzələ oldu

Metbuat.az

Türkiyənin Balıkesir əyalətində zəlzələ olub.

Metbuat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 4,1 bal gücündə zəlzələ Bakı vaxtı ilə 11:52-də yerin 9,23 kilometr dərinliyində baş verib. Episentri Balıkesirin Sınırdağı rayonu olub.

Zəlzələnin yaxınlıqdakı Bursa şəhərində də hiss olunduğu bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə məlumat yoxdur.