Dünya
Özgür Özəl barəsində araşdırma başladıldı
Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl barəsində araşdırma başlanılıb.
Metbuat.az xəbər verir ki, Ankara Baş Prokurorluğu Özəl barəsində Beyoğlundakı mitinq zamanı İstanbul Baş prokuroru Akın Gürlek haqqında dediyi sözlərə görə araşdırma başladıb.
CHP sədri dövlət qulluqçusunu təhqir və təhdid etməkdə ittiham olunur.
Xatırladaq ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ö.Özəli məhkəməyə vermişdi.