Dünya

Gürcüstan sərhədini qanunsuz keçən azərbaycanlı saxlanıldı

Metbuat.az

Gürcüstanda 27 yaşlı Azərbaycan vətəndaşı ölkə sərhədini qanunsuz keçməkdə ittiham edilərək saxlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi yayıb.

Bildirilib ki, həmin şəxs rəsmi nəzarətdən yayınaraq Gürcüstanın dövlət sərhədini keçib.

O, Marneuli-Tbilisi yolunda avtomobil idarə edərkən saxlanılıb.

Həmyerlimiz 5 il müddətinə qədər həbs edilə bilər.