Dünya
Bitki yağının qiyməti ən yüksək həddə çatdı
Ötən ay bitki yağlarının qiymətləri indeksi 7,1 faiz artaraq 166,8 bəndə çatıb.
Metbuat.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında məlumat verilib.
Bildirilib ki, bu göstərici son üç ilin ən yüksək səviyyəsi kimi qeydə alınıb.
Qeyd edək ki, palma, soya və günəbaxan yağlarının qiymətləri tələbatın artması və təchizat problemləri səbəbindən yüksəldiyi halda, kolza yağı qiymətləri Avropada yeni məhsulun bazara çıxması ilə azalıb.