Dünya
Putinin İstanbul səfəri ilə bağlı Peskovdan
AÇIQLAMA
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov prezident Vladimir Putinin 15 may tarixinə olan iş qrafiki ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.
Metbuat.az xəbər verir ki, Peskov verdiyi açıqlamada, "Prezidentin işgüzar görüşləri planlaşdırılıb" deyə bildirib. Görüşlərin Rusiyada keçirilib-keçirilməyəcəyi barədə sualı isə şərh etməyib.
Qeyd edək ki, Putin, 15 mayda İstanbulda Ukrayna ilə şərtsiz birbaşa danışıqların bərpa edilməsini təklif edib. Rusiya nümayəndə heyəti həmin görüşdə siyasi və texniki məsələləri müzakirə edəcək və bu məsələlərə əsasən heyətin tərkibi müəyyən ediləcək.