Dünya

Türkiyədə helikopter xəstəxanaya çırpıldı

- FOTO

Metbuat.az

Türkiyənin Muğla şəhərində helikopterin Tədris və Araşdırma Xəstəxanasının binasına çırpılması nəticəsində dörd nəfər ölüb.

Metbuat.az "Haber Global"a istinadən xəbər verir ki, helikopter Səhiyyə Nazirliyinin tabeliyində olub

Bildirilir ki, helikopter binaya çırpıldıqdan sonra yerə düşüb.

Xəsarət alanlar barədə hələ məlumat yoxdur.

Hadisə yerində axtarış-xilasetmə tədbirləri başlayıb.