Dünya

​Rusiyada ağır qatar qəzası -

42 vaqon aşdı

Metbuat.az

Rusiyanın Baykal dəmir yolunda daş kömürü dolu iki yük qatarı toqquşub.

Metbuat.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Şərqi Sibir Nəqliyyat Prokurorluğundan məlumat verilib.

Məlumata görə, toqquşma nəticəsində qatarların birinin 35, digərinin isə 7 vaqonu relsdən çıxaraq aşıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.