Dünya

Zəvvarları daşıyan avtobus aşdı -

35 ölü, 18 yaralı

Metbuat.az

İranda içərisində 53 pakistanlı zəvvarın olduğu avtobus aşıb.

Metbuat.az bildirir ki, İranın Yəzd vilayətindəki sərhəd-keçid məntəqəsi yaxınlığında baş verən hadisə nəticəsində 35 nəfər ölüb, 18 nəfər yaralanıb.

    İlkin versiyaya əsasən, qəzaya nəqliyyat vasitəsinin əyləc sistemində yaranmış problem səbəb olub.