Dünya

Rusiyada 6,1 bal gücündə zəlzələ oldu

Metbuat.az

Rusiyanın Kamçatka vilayətində 6,1 bal gücündə zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

    Zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən 120 km aralıda, 39 km dərinlikdə olub.