Dünya

Qəzzada ölənlərin sayı artdı

Metbuat.az

İsrail və HƏMAS qruplaşması arasında oktyabrın 7-dən etibarən Qəzza zolağında davam edən döyüşlərdə ölənlərin sayı 50 nəfər artaraq 38 min 345-ə yüksəlib.

Metbuat.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Xidməti məlumat yayıb.

Döyüşlərdə yaralananların sayı isə 54 nəfər artaraq 88 245-ə çatıb.