Dünya

Bu ölkədə güclü zəlzələ oldu

Metbuat.az

Yaponiyanın Honşu adasında güclü zəlzələ olub.

Metbuat.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Baş verən yeraltı təkanlar 6,1 bal gücündə qeydə alınıb.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.