Ölkə

Bu qatarlar hər iki istiqamətdə

hərəkət edəcək

Metbuat.az

Bu ilin 25 may tarixindən etibarən Bakı-Qəbələ-Bakı marşrutu üzrə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) qatarları şənbə və bazar günləri hər iki istiqamətdə hərəkət edəcək.

Bu barədə Metbuat.az “Azərbaycan Dəmir Yolları”na istinadən xəbər verir.

    “25 may tarixindən etibarən Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlarımız şənbə və bazar günləri hər iki istiqamətdə hərəkətdə olacaq”, - məlumatda qeyd olunur.