Dünya

Türkiyədən əməliyyat:

5 PKK terrorçusu saxlanıldı

Metbuat.az

Türkiyənin Diyarbəkir şəhərində bombalı hücuma hazırlaşan 5 PKK terrorçusu yaxalanıb.

Metbuat.az TRT Haber-ə istinadən xəbər verir ki, daxili işlər naziri Əli Yerlikaya Diyarbəkirdə həyata keçirilən əməliyyatda bombalı hücum hazırlayan 5 terrorçunun yaxalandığını bildirib. Şübhəlilərin evində aparılan axtarış zamanı bomba qurğuları və partlayıcı maddələr ələ keçirilib.

Araşdırmalar davam edir.