Dünya
Türkiyə şəhidlərinin qisasının aldı -
PKK-nın 4 üzvü məhv edildi
Türkiyə Ordusunun şəhid verdiyi ərazidə PKK terror qruplaşmasının 4 üzvü məhv edilib.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, terrorçular İraqın şimalında keçirilən “Pəncə-Kilid” əməliyyatı çərçivəsində zərərsizləşdiriliblər.
Xatırladaq ki, Türkiyə Ordusu sözügedən ərazidə son iki gündə 4 şəhid verib.