Dünya

Gürcüstanda matəm günüdür

Metbuat.az

Bu gün Gürcüstanda Şovi kurort zonasında baş verən təbii fəlakətlə əlaqədar olaraq matəm günüdür.

Metbuat.az xəbər verir ki, bütün ölkə boyu dövlət bayraqları endirilib.

Xatırladaq ki, avqustun 3-ü Şovidə baş verən torpaq sürüşməsi nəticəsində 18 nəfər həlak olub. Hazırda 18 nəfərin axtarışları davam etdirilir. Onlardan 7-si uşaqdır.