Dünya

Ərdoğanın səsini süni intellektlə təqlid etdi,

saxlanıldı

Metbuat.az

Türkiyə Prezident Rəcəb Tayyip Ərdoğanın səsini süni intellektlə təqlid edərək iş adamlarını və yüksək səviyyəli dövlət idarəçilərini aldatmağa çalışan şəxs saxlanılıb.

Metbuat.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türkiyə Milli Kəşfiyyat İdarəsinin keçirdiyi əməliyyat tədbirləri ilə onun yeri müəyyən olunub.

Məlumata görə, adı açıqlanmayan şəxs fırıldaqçılıq əməli üçün əcnəbilərin adına aldığı 10-dan çox telefon nömrəsindən istifadə edib.