Mədəniyyət

Bu qurumun rəhbəri vəzifəsi 1 aydır boşdur -

RƏSMİ

Metbuat.az

Xəbər verdiyimiz kimi, ötən ayın 9-da Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzinin rəhbəri Orxan Sadıqov (Fikrətoğlu) vəzifəsindən azad edilib.

Dövlət Turizm Agentliyinə Orxan Sadıqovun yerinə təyinat olub-olmaması ilə bağlı sorğu ünvanladıq. Agentlikdən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirildi ki, hazırda Milli Kulinariya Mərkəzinin rəhbəri vəzifəsinə təyinat olmayıb.

Qeyd edək ki, Orxan Sadıqov bu vəzifədən sonra Mədəniyyət Nazirliyinin Kino Agentliyinin sədrinin müşaviri vəzifəsinə təyinat alıb.