Mədəniyyət

Elxan Qasımov dəfn olundu -

YENİLƏNİB / VİDEO

Metbuat.az

Əməkdar artist, aktyor və kinorejissor Elxan Qasımov Xırdalan qəbiristanlığında dəfn olunub.

Metbuat.az xəbər verir ki, mərasimdə mərhumun ailəsi ilə yanaşı, sənət dostları, mədəni-ictimai xadimlər iştirak edib.


09:09

Ötən gün vəfat edən tanınmış kinorejissor, Əməkdar artist Elxan Qasımovun dəfn yeri bəlli olub.

Metbuat.az xəbər verir ki, bu barədə yaxınları İTV-yə danışıb. Qeyd edilib ki, vida mərasiminin isə bu gün saat 11:00-da “Azərbaycanfilm” kinostudiyasının həyətində olacağı bildirilir.

Əməkdar artist Xırdalanda oğlu Samir Qasımovun məzarının yanında dəfn ediləcək.

Xatırladaq ki, aktyor, rejissor Samir Qasımov 2005-ci ildə ağır avtomobil qəzası zamanı dünyasını dəyişib.