Ölkə

Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb

Metbuat.az

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.

Bu barədə Metbuat.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, görüşdə qoşunların təmas xəttindəki hazırkı vəziyyət, keçirilən monitorinqlərin nəticələri və münaqişənin həllinə dair fikir mübadiləsi aparılıb.

Cəbhədən xəbər var - Müdafiə Nazirliyi - Oxumaq üçün tıkla