Ölkə
Yol qəzası nəticəsində 1 nəfər xəsarət alıb
Şəmkir rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Milli.Az "report"-a istinadən bildirir ki, rayonun Köhnəqala kəndi ərazisində baş verən hadisə nəticəsində 1993-cü il təvəllüdlü Kərimov Xaliq İlqar oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Qəza nəticəsində daha 1 nəfərin də xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az