Dünya
Yəmən üsyançıları Səudiyyə Ərəbistanının "Abrams" tankını vurdu - VİDEO - FOTO
Yəməndə üsyançı husilər Səudiyyə Ərəbistanı silahlı qüvvələrinə məxsus "Abrams" tankını partladaraq yandırıblar.
Milli.Az report-a istinadən bildirir ki, məhv edilmiş texnikanın video və fotoları "Yemen Observer"in "Twitter" mikrobloqunda paylaşılıb.
Döyüş Səudiyyə Ərəbistanının cənubunda yerləşən Cizan əyalətində baş verib. Yəmən üsyançılarının qarşısını yalnız bir tank almağa çalışıb. Tank vurulduqdan sonra heyət üzvləri ərazidən uzaqlaşıblar.
Bundan əvvəl Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının üsyançı husilərin nəzarətində olan Hudeyda liman şəhərinə genişmiqyaslı hücuma başladığı bildirilib.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: