Dünya
Yaponiyada benzinin qiyməti son dörd ilin maksimum həddinə çatıb
Yaponiyanın yanacaqdoldurma məntəqələrində artıq səkkiz həftədir ki, benzinin qiyməti artmaqda davam edir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, buna səbəb kimi xam neftin qiymətinin bahalaşması göstərilir.
Yaponiyanın Neft Haqqında İnformasiya Mərkəzinin məlumatına görə, oktyabrın 22-də benzinin bir litrinin orta pərakəndə satış qiyməti 160 yen və ya təqribən 1,5 dollara bərabər olub. Bu, benzinin son 3 il 11 ayda ən yüksək qiyməti hesab olunur.
Xam neftin qiymətinin artım səbəbi kimi isə ABŞ-ın digər ölkələrdən İrana qarşı sanksiyalara qoşulmağı və noyabrdan başlayaraq bu ölkədən neft almamağı tələb etməsi göstərilir.
Milli.Az