Dünya

Yaponiya elektron vizanın verilməsini planlaşdırır

Metbuat.az

Yaponiya hökuməti turist vizası almaq üçün ərizə verilməsinin elektron sistemini tətbiq etməyə hazırlaşır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Elektron vizanın tətbiqi ərizə verilməsi prosesini sadələşdirərək, diplomatik nümayəndəliklərin yükünü azaltmağa və immiqrasiya nəzarətini gücləndirməyə şərait yaradacaq.

Ərizə ilə müraciət edilməsinin onlayn-sistemi ilkin olaraq Çindən bir dəfə gələn turistlər, sonra isə digər ölkələrdən gələn səyahətçilər üçün tətbiq olunacaq. Yaponiya XİN-nin verdiyi məlumata görə, 2017-ci ildə çinli qonaqlara verilən viza bütün vizaların 60 faizini təşkil edib.

Qonaqlar turist vizasını turizm agentlikləri vasitəsilə əldə edəcəklər.

Qeyd edək ki, 2017-ci ildə Yaponiyanı 28,7 milyon turist ziyarət edib ki, bu da əvvəlki illə müqayisədə 19,3 faiz çoxdur. Yaponiya hökuməti 2020-ci ilədək ölkəyə turist axınını 40 milyon nəfərə, 2030-cu ildə isə 60 milyona çatdırmağı planlaşdırır.

Milli.Az