Dünya

Yaponiya dəhşətli qasırğa ilə üz-üzə -

Metbuat.az

Zəlzələ, sunami və təbii fəlakətlərlə sarsılan Yaponiyanı bu dəfə Trami qasırğası vurub.

Metbuat.az xarici KİV-ə istinadla bildirir ki, qasırğa nəticəsində 3,7 milyondan çox insan evlərini tərk etməli olub. 19 bölgə təxliyə edilib.

Qasırğadan indiyə qədər 2 nəfərin öldüyü, 130 nəfərin yaralandığı, 2 nəfərin isə itkin düşdüyü açıqlanıb.

Yerli media minlərlə insanın evlərində köməksiz vəziyyətdə qaldığını bildirir.

"Reuters" xəbər agentliyi leysanla gələn qasırğanın ağacları qırdığını və yolları bağladığını yazıb.

Hazırda, 400 mindən çox evdə elektriklər kəsilib.

Aysel Yaqubqızı / Metbuat.az

İran-İraq sərhədində zəlzələ olub - 4,6 bal