Digər
Vitse-spikerdən deputatlara XƏBƏRDARLIQ
Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərova parlamentdə qanun layihələrinin müzakirəsi zamanı deputatlara ikinci dəfə xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, vitse-spikerin deputatlara xəbərdarlıq etməsi millət vəkillərinin səsvermədə passiv iştirak etməsi ilə bağlı olub. Müzakirələr zamanı səsvermədə cəmi 90 deputatın iştirak etdiyini görən vitse-spiker zalda 102 deputat olduğunu bildirib və onlardan səsvermədə iştirak etməyi tələb edib.