Ölkə

Vitse-spiker: "Ermənistanın indiki hakimiyyəti təmtəraqlı şüarlar və selfilərdən başqa heç nə etməyib"

Metbuat.az

Ermənistanın indiki hakimiyyəti təmtəraqlı şüarlar və selfilərdən başqa heç nə etməyib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri, Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov deyib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın əməkhaqqı və pensiyaların artırılmasının zəruriliyi barədə bəyanatı - bu bəyanatla müxalif olarkən də çıxış edirdi - populizmdən başqa bir şey deyil.

Xatırladaq ki, Ermənistanın 2019-cu il dövlət büdcəsi layihəsində iqtisadi artım 4,9 faiz səviyyəsində planlaşdırılır, halbuki 2017-ci ildə bu göstərici 7 faizi ötürdü. Həmçinin əməkhaqqı və pensiyaların artırılması gözlənilmir.

Milli.Az