Üç ildir bağlı olan Suriya-İordaniya
Suriya ilə İordaniya arasındakı danışıqlar nəticəsində iki ölkə arasında razılaşma təmin edilib.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, İordaniya hökuməti üç ildir bağlı olan Nasib sərhəd qapısı açılışını elan edib. Ancaq qapılar mülki əhali üçün hələ bir müddət də bağlı qalacaq.
Hər iki tərəfin səlahiyyətlilərindən ibarət olan sərhədin açılması üzrə texniki komissiya ilk dəfə 13 sentyabr tarixində masada əyləşib. Dəməşq rejimi, Rusiyanın əməliyyatları nəticəsində iyul ayında Nasib sərhəd qapısı ərazisini nəzarət altına alıb.
Suriyadakı Əsəd rejimi Daxili işlər naziri Mohamed əl-Şaar, sərhəd qapısı və ana yollarda keçid məntəqəsi təmir işlərinin davam etdiyini bildirib.
Qeyd edək ki, 2015-ci ildən bağlı olan sərhəd, Türkiyə və Livanın Körfəz bazarına açılan qapısı olması səbəbilə iqtisadi baxımdan böyük əhəmiyyətə malikdir.
Günay Elşadqızı / METBUAT.AZ