Dünya
Türkiyədə MHP-AKP ittifaqı başa çatdı
Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə ittifaqın başa çatdığını bildirib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, ittifaqın başa çatmasına səbəb amnistiya ilə bağlı partiyalar arasındakı fikir ayrılıqları səbəb olub.
D.Bahçeli bildirib ki, MHP-nin məhbusların əfv olunması təklifinə yuxarıdan aşağı baxan partiya ilə ittifaqa ehtiyacı yoxdur.
Onun sözlərinə görə, 2019-cu ildə baş tutacaq bələdiyyə seçkilərində MHP təkbaşına iştirak edəcək.
Milli.Az