Dünya
Türkiyə Suriyaya əlavə qoşun göndərdi
Türkiyə Suriyanın İdlib bölgəsinə əlavə hərbi kontingent göndərib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə EFE agentliyinin Suriya müxalifətindəki mənbələrə istinadən yaydığı məlumatda deyilir.
Məqsəd İdlibdəki müşahidə məntəqələrini gücləndirməkdir.
Bildirilir ki, türk hərbçiləri avtomobillərdə İdlibin şimalındakı sərhəd-keçid məntəqələrinin birindən keçiblər.
Hərbçilərdə yalnız atıcı silahlar olub.
Milli.Az