Dünya

Türkiyə sahillərində gəmi batdı, 30 miqrant itkin düşüb

Metbuat.az

Aralıq dənizinin Muğla vilayəti sahillərində gəmi batıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, gəmidə qeyri-qanuni miqrantlar olub.

Hadisə nəticəsində 30 nəfərin itkin düşdüyü bildirilir.

Hazırda axtarış-xilasetmə işləri davam edir.

Xatırladaq ki, oktyabrın 10-da İzmir sahillərində də gəmi batmış, 8 nəfər həlak olmuşdu.

Milli.Az